Bu ölkədən "meymun çiçəyi"nə görə 21 günlük  KARANTİN QƏRARI

08:34 23 May 2022

Belçika hakimiyyəti "meymun çiçəyi" xəstəliyinə yoluxanlar üçün 21 günlük karantin tətbiq etmək qərarına gəlib.

Sitat.info "Report"a istinadən xəbər verir ki, bu barədə yerli "La Libre Belgique" qəzeti məlumat yayıb.

Qərar ölkədə xəstəliyə 3 yoluxma aşkar edildikdən sonra risk qiymətləndirmə qrupunun iclasından sonra qəbul edilib.

"Meymun çiçəyi" virusu aprel və may aylarında Qərbi Avropanın bir sıra ölkələrində, eləcə də digər qitələrdə yayılıb.

 

 



Xəbər xətti