Səudiyyə Ərəbistanı Ermənistana səyahətə qadağa qoyub

08:27 24 May 2022

Səudiyyə Ərəbistanı koronavirusa yoluxma hallarının artması ilə əlaqədar Ermənistana səyahət qadağası tətbiq edib.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

Qeyd edilir ki, koronavirusla əsas mübarizə tədbirləri başa çatsa da, Səudiyyə Ərəbistanı ehtiyat tədbirləri görməyə davam edir.

Xüsusən son bir neçə həftə ərzində krallıq ərazisində artan COVID-19-a yoluxma hallarından sonra yeni ehtiyat tədbirləri ilə bağlı qərar qəbul olunub. Səudiyyə Ərəbistanı vətəndaşlarına Ermənistan da daxil olmaqla 16 ölkəyə səyahəti qadağan edib. Siyahıya Ermənistandan başqa, Hindistan, Livan, Suriya, İran, Əfqanıstan, Yəmən, Somali, Efiopiya, Konqo Demokratik Respublikası, Liviya, İndoneziya, Vyetnam, Türkiyə, Belarus və Venesuela daxildir.

Səudiyyə Ərəbistanının Səhiyyə Nazirliyi dünyada sürətlə yayılmağa davam edən “meymunçiçəyi” virusunun bu günə qədər krallıq ərazisində aşkarlanmadığını açıqlayıb. Səhiyyə nazirinin müavini Abdullah Asiri “meymunçiçəyi” virusunun aşkarlanacağı təqdirdə hökumətin onunla mübarizə aparmaq üçün kifayət qədər səlahiyyətə malik olduğunu bildirib.

 

 



Xəbər xətti