Ermənistan müxalifəti səhər saatlarından etibarən paytaxt İrəvanın mərkəzində yenidən kütləvi etiraz aksiyalarına başlayıblar.
Sitat.info xəbər verir ki, aksiyalar müxalifətin Fransa Meydanında çadır düşərgəsindəki kiçik mitinqindən sonra başlayıb. Daha sonra etirazçılar Respublika Meydanına doğru irəliləyiblər.
Məlumata görə, etirazçılar giriş və çıxışları bağlamaq məqsədilə Xarici İşlər Nazirliyinin binasını mühasirəyə alıblar.
Ətrafda polislər gözə dəymir, yalnız polisin xüsusi təyinatlıları aksiyaları müşahidə edirlər.
/Axar.az