Kim Çen In ölən marşala görə ağladı – MƏZARINA TORPAQ TÖKDÜ - FOTO

10:40 24 May 2022

Şimali Koreya lideri Kim Çen In Şimali Koreyanın yüksək rütbəli məmuru, Koreya Xalq Ordusunun marşalı Xen Çxol Xenin dəfn mərasimində iştirak edib.

Sitat.info Bizim.Media-ya istinadən xəbər verir ki, bu barədə “The Guardian”  KXDR-in dövlət mediasına istinadən yazır. 

Nəşrin məlumatına görə, dövlət başçısı tabutun aparılmasına kömək edib və hərbçinin məzarına torpaq töküb.

“The Guardian” qeyd edir ki, Kim Çen Inın müəllimlərindən biri hesab edilən marşal Şimali Koreya liderinin dövlət başçısı kimi hazırlanmasında mühüm rol oynayıb, hətta Şimali Koreyanın keçmiş lideri Kim Çen İrin ölümündən əvvəl onunla işləyib.

KXDR dövlət mediasının verdiyi açıqlamaya görə, marşal milli qəbiristanlıqda dəfn edilib və təkcə Kim Çen In deyil, Şimali Koreyanın bir sıra digər yüksək rütbəli rəsmiləri də onu son mənzilə yola salıblar. Ölkə liderinin özü Xen Çxol Xenin dəfn mərasimində ağlayıb.

Koreya Xalq Ordusunun sonuncu marşallarından birinin ölümü və dəfn mərasimi ilə bağlı məlumat KXDR daxilində koronavirus pandemiyası ilə bağlı epidemioloji vəziyyətin ciddi şəkildə pisləşməsi fonunda ortaya çıxıb. 

Yerli hakimiyyət orqanları COVID-19-un ölkəyə daxil olduğunu etiraf ediblər, lakin minlərlə insanın koronavirusa deyil, “qızdırma”ya görə xəstələndiyini bildiriblər.



Xəbər xətti