Moldovanın sabiq prezidenti İqor Dodon saxlanılıb.
Apa xəbər verir ki, Rusiyayönümlü siyasətçi korrupsiya və vətənə xəyanət daxil olmaqla, bir sıra cinayətlərdə şübhəli bilinir.
Dodon barəsində 72 saatlıq həbs-qətimkan tədbiri seçilib.
***
10:26
Moldovanın sabiq prezidenti İqor Dodon vətənə xəyanətdə ittiham olunur.
Apa TASS-a istinadən xəbər verir ki, bu barədə Moldova Baş Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Marianna Kerpek açıqlayıb.
Onun evində axtarış aparılıb.