Zelenskidən Putinə daha bir zərbə: Rusiyadan gedən şirkətləri ölkəsinə dəvət etdi

12:09 24 May 2022

Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanı tərk edən qlobal şirkətləri Ukraynaya dəvət edib. 
SİTAT.İNFO xəbər verir ki, Zelenski  Davos Sammiti kimi tanınan Dünya İqtisadi Forumunun (WEF) xüsusi sessiyasında videokonfrans vasitəsilə çıxışı zamanı müraciət edərək deyib ki, Rusiyadan çıxan istənilən şirkətlər azad şəkildə Ukrayna bazarına daxil ola, bu imkandan faydalana bilərlər" . 
Zelenski WEF-in qurucu prezidenti Klaus Şvabın moderatorluğu ilə keçirilən sessiyada Rusiyaya qarşı sanksiyaların yetərli olmadığını vurğulayıb. Rusiya ilə ticarətə getməməyə çağıran Zelenski Rusiya nefti, bankları və informasiya texnologiyaları sektoruna qarşı “maksimum sanksiyalar” tələb edib. 


Zelenski ölkəsindəki bütün şəhərlərin və sənaye obyektlərininlərin yenidən qurulmasının vacibliyini vurğulayaraq, Davosdakı investorları və qlobal liderləri ölkəsini yenidən qurmağa dəvət edib.
 Ölkəsinin yenidən qurulması üçün böyük səylərə ehtiyac olduğunu bildirən Zelenski, yarım trilyon dollar itki verdiklərini açıqlayıb.   Ukraynanın Rusiyaya qarşı gözlənildiyindən daha uzun müddət mübarizə apardığına diqqət çəkən Zelenski onu da deyib ki, ötən ilin payızında Rusiyaya qarşı sərt sanksiyalar tətbiq edilsəydi, regionda vəziyyətin indiki kimi olmazdı. 

Fevralın 24-də Rusiya-Ukrayna müharibəsinin başlamasına toxunan Zelenkski əlavə edib ki, əgər beynəlxalq ictimaiyyət Rusiyanın 2014-cü ildə Krımı ilhaq etməsinə qarşı yekdil davransaydı, Rusiya “fevral işğalı”na başlamazdı. Xatırladaq ki, Sonuncu dəfə 2020-ci ilin yanvarında 50-ci dəfə keçirilən və Davos Sammiti kimi tanınan forum COVID-19 epidemiyası səbəbindən ardıcıl iki il təxirə salınıb və alternativ olaraq onlayn görüşlər keçirilib. 
Hazırda keçirilən və mayın 26-da başa çatacaq forumda 50 dövlət lideri, 300 hökumət nümayəndəsi və təxminən 2500 qlobal biznes rəsmisi iştirak edir.


Nigar Abuzər 
SİTAT.İNFO



Xəbər xətti