Macarıstanda fövqəladə vəziyyət elan olunub.
SİTAT.İNFO-nun məlumatına görə, bu barədə qərarı ölkənin baş naziri Viktor Orban verib.
Baş nazir xüsusi rejimlə bağlı qərarın Ukraynadakı münaqişəyə görə verildiyini bəyan edib.
O əlavə edib ki, Ukraynada davam edən müharibə və Rusiyaya qarşı sanksiyalar dünyanı iqtisadi böhranla üz-üzə qoyub.