Şimali Koreya nüvə silahının sınağına hazırlıq görür.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın Prezident Ofisindən bildirilib.
Məlumata görə, Pxenyan detonasiya avadanlığının sınağını keçirib:
“Bu, 7-ci nüvə silahı sınağına hazırlıqdır”, - Cənubi Koreyanın Prezident Ofisindən vurğulanıb.
Cənubi Koreya Prezidenti yanında Milli Təhlükəsizlik Ofisi rəhbərinin birinci müavini Kim Txe Xyonun sözlərinə görə, Şimali Koreya nüvə silahının sınağını yaxın bir-iki ayda keçirməyəcək: “Heç şübəhsiz bu sonra baş verəcək”.
Qeyd edək ki, mayın 25-də Şimali Koreya Yapon dənizinə 3 ballistik raket atıb. Bu, 2022-ci ildə keçirilən 17-ci ballistik raket sınağıdır.