ABŞ-dan Rusiya şok zərbə: 105 il sonra bir ilk

13:00 25 May 2022

ABŞ Rusiyanın beynəlxalq investorlara milyardlarla dollarlıq borcunu qaytarması üçün son yolu bağlayıb.

Sitat.info xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi açıqlama yayıb.

Məlumata görə, ABŞ Rusiyaya Amerika bankları vasitəsilə borc ödənişlərini davam etdirməyə imkan verəcək lisenziyanın yenilənməsini ləğv edib.

Bildirilir ki, ABŞ Maliyyə Nazirliyi mayın 25-də gecə yarısı Rusiyadan istənilən istiqraz ödənişlərini emal etmək üçün banklara verdiyi lisenziyanı dayandırır.

Rusiyanın borcları 1917-ci il Bolşevik İnqilabından sonra ilk dəfə defolt olub.

Qeyd edək ki, ABŞ-ın bu sanksiyasına cavab olaraq Rusiya bu ay müddəti mayın 25-dək başa çatan iki istiqrazı qabaqcadan ödəyib.

/Axar.az

 



Xəbər xətti