SON DƏQİQƏ! Rusiyada xarici xəbər agentlikləri bağlanır!

14:34 25 May 2022

Rusiya parlamentinin aşağı palatası Duma, Qərb ölkələrində Rusiyanın dövlətə məxsus media qurumlarının ofislərini bağladıqdan sonra adekvat cavab verib.

SİTAT.İNFO xəbər verir ki,  xarici xəbər qurumlarının Rusiyadakı “düşməncəsinə  fəaliyyəti” səbəbindən prokurorlara bu xəbər qurumlarının ofislərini bağlamağa icazə verən qanunu təsdiqləyib. 
 Qanun layihəsinə əsasən, qapalı xarici xəbər qurumlarına bağlı jurnalistlərin akkreditasiyası da ləğv ediləcək.
  
"Mövcud geosiyasi vəziyyətdə KİV cəmiyyətə təsir alətinə çevrilib" -deyə Duma deputatları qanun layihəsi ilə bağlı bildiriblər.

Rusiyalı deputat Andrey Luqovoy təsdiq edilən qanun layihəsi ilə bağlı açıqlamasında deyib ki, Qərb dövlətlərinin Rusiya mediasına qarşı hərəkətlərinə eyni şəkildə cavab verəcəyik.

“Son 2 ayda Qərb ölkələrində yayımlanan Rusiya KİV-lərinin həqiqətdən qorxduqları üçün, qeyri-qanuni və qəti şəkildə, sağlam düşüncəyə zidd olaraq dayandırıldığını müşahidə edə bilərik".

Luqoyov onu da xatırladıb ki, bu qanun layihəsinə əsasən, baş prokuror və onun müavinlərinin həmin KİV-lərin yayım lisenziyasını ləğv etmək və ya onlara xitam vermək hüququ var.

Dumada birinci oxunuşda qəbul edilən qanun layihəsi, həmçinin prokurorluq tərəfindən bağlanmış xəbər agentlikləri tərəfindən məqalə və ya digər materialların yayılmasını qadağan edir.

Qanun layihəsinin qüvvəyə minməsi üçün onu Rusiya parlamentinin yuxarı palatası Federasiya Şurası təsdiq etməli, sonra isə prezident Vladimir Putin imzalamalıdır.
 
Digər tərəfdən, ötən ilin martında Putin Rusiya hərbçiləri haqqında qəsdən “saxta” xəbərlər yayanlara 15 ilə qədər həbs cəzası verən qanun imzalayıb.
 
Safura Bənnayeva

SİTAT.İNFO



Xəbər xətti