Son dəqiqə xəbərinə görə, Rusiyadan aldığı bombardmançı təyyarələri ilə ABŞ-ı təhdid edən Çin ordusu 24 saat ərzində Tayvanın ətrafına döyüş gəmiləri və təyyarələri göndərərək Vaşinqtona rəsmi xəbərdarlıq edib.
SİTAT.İNFO xəbər verir ki, Şimali Koreya eyni anda 3 raket atarkən, ABŞ-la sərhəddə təlimlər keçirən Cənubi Koreyadan gələn foto gərginliyi pik həddə çatdırıb.
Rusiya təyyarələri ilə təlimlərə başlayan Çin, bu səhər Tayvan ətrafında yeni bir güc nümayişinə başladı.
Rəsmi media bu təlimin ABŞ və Tayvan arasında sövdələşməyə ciddi xəbərdarlıq olduğunu yazıb.
Çin Xalq Azadlıq Ordusunun Şərq Əməliyyatları Bölgəsi Komandanlığının sözçüsü Şi Yi deyib ki, bu, ABŞ və Tayvan arasındakı son gizli razılaşmaya əhəmiyyətli bir xəbərdarlıqdır. ABŞ-ın Tayvan məsələsi ilə bağlı bir şey söyləməsi və etməsi ikiüzlülükdür və əbəsdir".
ABŞ lideri Bayden Yaponiyada verdiyi açıqlamada, Tayvanın Çin tərəfindən hücuma məruz qalacağı təqdirdə ABŞ-ın hərbi müdaxilə edəcəyini və adanı müdafiə edəcəyini bildirib.
Mətbuat konfransında bir jurnalist "Çin işğal etsə, ABŞ Tayvanı hərbi yolla qoruyacaqmı?" sualına, Bayden bəli deyə cavab verib. Bu, bizim üzərimizə götürdüyümüz öhdəlikdir. Biz vahid Çinə sahib olmaq üçün razılaşdıq, bütün lazımi müqavilələri imzaladıq və qəbul etdik. Amma Çinin Tayvanı zorla almaq istəsəməsi mümkün olan şey deyil. Bu bizim siyasətimizi korlayır, çünki Ukraynada baş verənlər olacaq"- dedi.
Co Baydenin gedişindən iki gün sonra, regional qırılma xətlərini yerindən qoparan Çin ordusu, güc nümayişinə başlayaraq, adanın ətrafında döyüş gəmiləri və reaktivləri ilə Tayvana nəzarət edir.
Safura Bənnayeva
SİTAT.İNFO