Rusiya ilə Ukrayna arasında fevralın 24-də başlayan müharibə davam edir.
SİTAT.İNFO xəbər verir ki, Ukrayna Baş Prokurorluğu bu müharibədə zərər çəkən uşaqların sayı açıqlanıb.
"Mayın 26-sı səhər saatlarına olan məlumata görə, Ukraynada Rusiya Federasiyasının hücumlarından 671 uşaq zərər çəkib. Rəsmi məlumatlara görə, 238 uşaq həyatını itirib, 433 uşaq isə yaralanıb.
Rəqəmlərin son məlumat olmadığı, müvəqqəti işğal olunmuş və azad edilmiş ərazilərdə işlərin davam etdiyi bildirilib.
Ukraynanın bir çox şəhərlərinin bombalanması nəticəsində bir çox ictimai binalar, eləcə də hərbi məntəqələr zərər görüb. Zərər çəkmiş 1848 təhsil müəssisəsindən 173-ü tamamilə dağılıb.
Safura Bənnayeva
SİTAT.İNFO