Türkiyə İsveç və Finlandiya ilə razılığa gəlmədi

21:05 25 May 2022

“Danışıqlar zamanı PKK, YPG və PYD arasında heç bir fərqin olmadığını, onların terror təşkilatı olduğunu dilə gətirdik”.

SİTAT.İNFO APA-ya istinadən xəbər verir ki, Ankarada İsveç və Finlandiya nümayəndə heyətləri ilə görüşdən sonra Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın deyib.

O bildirib ki, Türkiyə hər iki tərəfə öz tələblərini irəli sürüb və cavab gözləyir.

Müzakirələr zamanı heç bir razılığın əldə olunmadığı və danışıqlar üzrə yol xəritəsinin razılşadırılmadığı diqqətə çatdırılıb.

O qeyd edib ki, Türkiyə bu ölkələri onu təhdid edən terror təşkilatları ilə əməkdaşlıq etmək və dəstək verməkdən çəkinməyə çağırır.

İbrahim Kalınəlavə edib ki, tərəflər arasında növbəti görüşün nə vaxt baş tutacağı bəlli deyil.



Xəbər xətti