Sürət baxımından rus ordusuna uduzuruq. Onlar bizdən daha sürətli ehtiyat toplayırlar.
Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç deyib.
“Biz geridə qalmışıq, bu da cəbhədəki vəziyyəti son dərəcə çətinləşdirir. Buna görə də Rusiya ordusunun ölkəmizin şimalına qayıtması və Xerson-Zaporojye xətti boyunca təzyiqi artırması mümkündür”, - A.Arestoviç vurğulayıb.
O bildirib ki, Ukrayna cəmiyyətində müharibə yorğunluğu və tərəflərin bir-birinə çoxlu iddiaları ucbatından yaranan parçalanma baş verir:
“İnsanlarda isterika başlayıb və xalqa nəsə izahat verilməlidir. Bu qaçılmaz mərhələyə çatdıq, vəziyyətin sabitləşməsi üçün Qərb yardımı lazımdır, bu isə bir ay, bəlkə də ay yarım çəkəcək”.