Ruslar Limanı tam nəzarətə götürməyə çalışır

09:53 26 May 2022

Rusiya ordusu Limanı tam nəzarətə götürmək cəhdlərini davam etdirir.

Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

"Donetsk istiqamətində düşmənin əsas səyləri Liman qəsəbəsini tam nəzarətə götürməyə və Severodonetsk və Avdeyevka yaxınlığında taktiki vəziyyəti yaxşılaşdırmağa yönəlib. Ruslar Baxmut və Avdeyevka istiqamətlərində elektron müharibə vasitələrindən fəal şəkildə istifadə edir. Onlar bölmələrimizin mövqelərinə və bölgənin mülki infrastrukturuna qarşı artilleriya və hücum təyyarələrini yerləşdirib", - məlumatda deyilib.

Qeyd olunur ki, ruslar Severodonetsk bölgəsində möhkəmlənməyə çalışır:

“Onların Ustinovka qəsəbəsi istiqamətində hücum əməliyyatları uğurlu alınmayıb. Baxmut istiqamətində döyüşlər davam edir. Düşmən Kamışevaxi, Lipovoye və Naqornoye ərazilərində uğursuz hücuma keçib. Avdeyevka istiqamətində işğalçılar Krasnoqorovka, Kamenka, Avdeyevka və Pesok ərazilərində hücum əməliyyatları aparsalar da, müvəffəqiyyət qazana bilməyiblər”

 

 



Xəbər xətti