Moskva bütün Cənubi Qafqazda bundan sonra da yeganə güc mərkəzi olmaq niyyətindədir və bu, onun strateji məqsədidir.
Sitat.info xəbər verir ki, bu fikirləri Ermənistanın siyasi icmalçısı Tevos Arşakyan bölüşüb.
“Rusiya Qafqazda hegimon olmaq istəyir, lakin Kreml onu nəzərə almır ki, İrəvan və Bakı artıq Rusiyanı regiondakı yeganə qüvvə kimi görmək istəmir. Bizim hər birimizdə Rusiyaya qarşı suallarımız, iddialarımız var. Bakı və İrəvanı bu yönümdə Tiflis də dəstəkləyir. Aydındır ki, gürcülər də Rusiyanın bizim regionda tək güc olmasını istəmir. Qərb də artıq bu regionu ruslara vermək niyyətində deyil. Əgər əvvəllər Avropa İttifaqı Cənubi Qafqazla az maraqlanırdısa, bu gün Rusiya ilə Qərb arasında münasibətlərin kəskinləşməsi fonunda bizim region avropalılar üçün strateji əhəmiyyət kəsb edir - Rusiyanın zəifləməsi üçün istifadə oluna biləcək region kimi”, - deyə erməni ekspert qeyd edib.
/Axar.az