ABŞ-ın "Harpoon" gəmi əleyhinə raketləri Ukraynaya Qara dənizin kifayət qədər böyük ərazisinə nəzarət etmək imkanı verəcək.
Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bu fikri hərbi ekspert Oleq Jdanov bildirib.
“Bu komplekslərin pərdəsi altında həqiqətən də mülki gəmilərin keçidini bərpa etməyə cəhd etmək olar”, - Jdanov söyləyib.
Onun sözlərinə görə, hazırda dənizdə altı Rusiya sualtı qayığı var, lakin onların hamısı dizeldir və buna görə də onlar hava ehtiyatlarını artırmaq, dizel qurğularını işə salmaq və batareyaları doldurmaq üçün daim səthə çıxmağa məcburdurlar: “Bu anda biz onları tuta bilərik”.
Jdanov ABŞ-dan “Lend-Lease” silahlarının gəlmə vaxtını da qeyd edib. Onun sözlərinə görə, bu, iyunun ikinci yarısında baş verəcək.