Ponomaryev: Putin nə baş verdiyini anlamır!

08:30 27 May 2022

Rusiyanın ordusunun planı minimal hədəfə enib. İndi hədəf Donetsk və Luqanskı ələ keçirməkdir.

Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Dumasının keçmiş deputatı, iş adamı İlya Ponomaryev deyib.

“Putinin nəyə kökləndiyini söyləmək çətindir. Mənə elə gəlir ki, o, işlərin yolunda getmədiyini heç bir şəkildə qəbullanmaq istəmir. Digər tərəfdən, o, işlərin yolunda getmədiyini çətin ki anlasın”, - deyə o bildirib.

Eks-deptutat həmçinin əlavə edib ki, Putin daim səhvlər buraxan insanlara işləməyə çoxdan alışıb.

 

 



Xəbər xətti