Ukraynanın bu əraziləri rus telefon koduna keçir

11:54 27 May 2022

Zaporojye və Xerson vilayətlərinin işğal edilmiş əraziləri Rusiyanın “+7” telefon koduna keçir.

Sitat.info xəbər verir ki, bunu Krım rəhbərinin informasiya siyasəti üzrə müşaviri Oleq Kryuçkov deyib.

“Məndə olan məlumata görə, artıq orada yeni rabitə operatorları işləyir. Ukraynanın “+380” telefon kodu tezliklə keçmişə qovuşacaq”, - o bildirib.

Onun sözlərinə görə, Xerson, Melitopol və Berdyanskda yeni operatorların mobil paketləri artıq satışa çıxarılıb.

/Axar.az



Xəbər xətti