Yunan televiziyasında qan donduran etiraf: 68 türkü güllələyib çuxura atdıq

12:39 27 May 2022

Kiprli Rum terror təşkilatı EOKA-nın həyatda qalan iki qatili televiziyada kanalında çıxışı ilə dünyanı şoka salıb. 
SİTAT.İNFO xəbər verir ki, iki terrorçu can efirdə “Bir Yunan həyatı üçün 10 türk canı aldıq” sözləri ilə Kipr türklərinin qanlı qətllərini etiraf edib. 
80 yaşlarında olan Neoptolemos Leftis və Athos Petridis 1964-cü ildən başlayaraq müxtəlif vaxtlarda 68 türkü güllələyərək, sonra da bıçaqlayaraq öldürdüklərini qürurla etiraf edərək, “Türklər tərəfindən vurulan hər yunan üçün 10 türk həyatını aldıq” deyiblər.

 İki EOKA cinayətkarı, son illərdə Kipr Rumlarının ən çox baxılan televiziya kanalı "Omega"da danışıb. 
1964-cü ildə EOKA terror təşkilatı türklərə hücum etməyə başlayanda Nikos Sampsonun rəhbərlik etdiyi qruplaşmanın üzvləri olduqlarını bildirən Neoptolemos Leftis və Athos Petridis kamera qarşısına keçərək qanlı qətllərindən danışıblar. 

Neoptolemos Leftis, 1964-cü ildə Mağustada türk mövqelərini təyin etməyə çalışan 2 yunan zabit və bir yunan polis məmurunun öldürülməsindən sonra əmr gəldiyini qeyd edib: “Biz təxminən 500 nəfərlik bir qüvvə idik. Bizə əmr gəldi ki, hər yunan canı üçün 10 türk öldürülsün. Elə oldu, indi də məndən öldürdüyümüz 68 türkü, dəfn yerlərini soruşurlar. Hardan tapacaqsınız, çox vaxt keçib”. 

 Athos Petridis isə törətdikləri bəzi cinayətləri təfərrüatı ilə belə izah edib: “Biz Eylens kəndinin (Lefkoşiyanın Yunan hissəsinə yaxın bir kənd) yaxınlığında yolda idik və yoldan keçən maşınları saxlayırdı. Türklər böyük maşınlarda, avtobuslarda gedirdilər. Biz türkləri maşınlara mindirib, əvvəlcə pullarını alırdıq. Sonra onları güllə ilə vururduq, bıçaqlayıb düzəltdiyimiz çuxurlara tökürdük. Arxiyepiskop (o vaxt Yunanıstanın dövlət başçısı arxiyepiskop Makarios) bizim etdiklərimizi eşidəndə çox sevindi”. 

Sitat.info xəbər verir ki, Yunanların etirafları ilə bağlı Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Ersin Tatar gənc yunan nəslinin də  kin və intiqam hissi ilə böyüdüklərini diqqətə çatdırıb: “Bu zehniyyət heç dəyişməyib. Onlar Türkiyənin himayədarlığının sona çatmasını və əsgərlərinin getməsini istəyirlər”.

Nigar Abuzər 
SİTAT.İNFO



Xəbər xətti