Qlobal ərzaq böhranının həlli üçün Putindən TƏKLİF: Görün nə şərt qoydu...

12:48 27 May 2022

Rusiya prezidenti Vladimir Putin qlobal ərzaq böhranına diqqət çəkərək, Rusiyaya qarşı sanksiyalar aradan qaldırılacağı təqdirdə böhranın öhdəsindən gələ biləcəyini bəyan edib.

Rusiya prezidenti Vladimir Putin və İtaliyanın baş naziri Mario Draqi telefonla danışıb. İtaliyanın Ukrayna və Rusiya arasında müharibəni bitirmək cəhdlərinin ardından,  Putin Draqini Ukraynadakı hərbi əməliyyatları barədə məlumatlandırıb. 

SİTAT.İNFO xəbər verir ki, Kremlin mətbuat xidmətinin görüşlə bağlı verdiyi açıqlamada telefon danışığının detalları əksini tapıb. 

Vladimir Putin azad edilmiş Donbass bölgəsinin şəhərlərində dinc həyatın bərqərar olması üçün aparılan işlərdən danışıb. 
Naviqasiya təhlükəsizliyi, o cümlədən humanitar dəhlizlərin açılması və Ukrayna tərəfindən Azov dənizi və Qara dəniz limanlarında bloklanan mülki gəmilərin çıxışı müzakirə edilib. 
Bundan başqa, Kiyev tərəfindən dayandırılan danışıqlara da fundamental qiymət verilib”.

Putin və Draqinin qlobal ərzaq təhlükəsizliyi məsələsini də müzakirə etdiklərini əks etdirən bəyanatda qeyd olunub ki, Putin bu problemdən də çıxış yolu tapıb. 

Vladimir Putin Rusiyanın kənd təsərrüfatı məhsullarının tədarükü ilə bağlı yaranan problemlərdə ittihamların əsassız olduğuna diqqət çəkib. 

O, qeyd edib ki, yaranan problemlər istehsal və logistika zəncirlərinin fəaliyyəti ilə bağlı pozulmalardan dolayı olub: 

"Qərb ölkələrinin maliyyə siyasətinin, eləcə də ABŞ və Aİ-nin tətbiq etdiyi anti-Rusiya sanksiyalarının koronavirus epidemiyası zamanı daha da ağırlaşdığına diqqət çəkən Vladimir Putin, taxıl və gübrə vasitəsilə böhranın aradan qaldırılmasına mühüm töhfə verməyə hazırdır. İxracatın qərbdən gələn siyasi məhdudiyyətlər şərti ilə dayandırıldığı da deyilib".
Nigar Abuzər
SİTAT.İNFO



Xəbər xətti