Rusiya Xorvatiyaya qarşı diplomatik addım atdı. Moskva səfirliyində çalışan 5 xorvat diplomat “azruolunmaz şəxs” elan edilib.
SİTAT.İNFO xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyindən verilən açıqlamada Xorvatiyanın Moskvadakı səfiri Tomislav Carın Xorvatiyanın Ukraynaya hərbi yardımı və Xorvatiya hakimiyyətinin Rusiyanı Ukraynada hərbi cinayətlərdə ittiham etmə cəhdlərinə etiraz olaraq nazirliyə çağırıldığı bildirilib.
Bəyanatda deyilir ki, Zaqrebin Rusiya diplomatik missiya nümayəndələrinin sayını azaltmaq üçün əvvəllər atdığı qeyri-dost addımlara cavab olaraq, səfir Cara, Xorvatiyanın Moskvadakı səfirliyində 5 əməkdaşın "persona non qrata" elan edildiyi notası verilib"
Safura Bənnayeva
SİTAT.İNFO