Afrika ölkəsində terror: 50 nəfər öldürüldü

16:16 27 May 2022

Burkina-Fasonun Kompienqa əyalətinə naməlum şəxslər hücum edib.

Sitat.info xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Məlumata görə, hücum nəticəsində 50 dinc sakin həlak olub.

Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Qeyd edək ki, hücumun edildiyi ölkədə Əl-Qaidə terror təşkilatı aktiv fəaliyyət göstərir.

/Axar.az



Xəbər xətti