Türkiyədən əməliyyat siqnalı: ABŞ təşvişdə...

11:05 28 May 2022

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Suriyada yeni əməliyyatla bağlı açıqlaması ABŞ-ı hərəkətə keçirib.

Axar.az xəbər verir ki, bu barədə “Haber7.com” saytı məlumat yayıb.

Bildirilir ki, ABŞ 3 il əvvəl tərk etdiyi PKK-nın nəzarətində olan ərazidə yerləşən bazalarına geri qayıdır:

“Həmin bazalar Kobanidə yerləşir. Ehtimal ki, Türkiyə ordusunun da hədəfləri arasında həmin bazalar dayanır. İraq üzərindən PKK/YPG-nin nəzarəti altında olan bölgələrə silah və hərbi texnikaların daşınması da sürətlənib. Artıq hərbi texnikaların bir qismi terrorçuların nəzarətində olan Hasəkəyə çatıb”.

 

 



Xəbər xətti