İranın Sistan-Bəlucistan əyalətində yüksək rütbəli zabitə sui-qəsd edilib.
Axar.az xəbər verir ki, bu barədə Sistan-Bəlucistan əyalətinin polis rəisi Əhməd Tahiri məlumat verib.
“Ötən gecə mayor Abbas Rah Encam avtomobili ilə hərəkətdə olarkən silahlı hücuma məruz qalıb. Hadisə nəticəsində Abbas Rah Encam həyatını itirib, avtomobildə olan həyat yoldaşı isə ağır yaralanıb. Sui-qəsdi təşkil edən şəxs və ya şəxslər hadisə yerindən uzaqlaşıb.
Faktla bağlı araşdırma aparılır”, - Ə.Tahiri bildirib.