Fransa İranı qınadı

11:39 30 May 2022

Fransanın Xarici İşlər Nazirliyi Yunanıstana məxsus iki gəminin oğurlanmasını beynəlxalq hüquqa zidd adlandıraraq, İranın bu addımını pisləyib.

Sitat.info xəbər verir ki, bu barədə Fransa XİN-in bəyanatında deyilir.

Bəyanatda İranın bu addımı ilə beynəlxalq hüququ ciddi şəkildə pozduğu vurğulanıb və İran hökuməti hər iki gəminin və ekipaj üzvlərinin təcili şəkildə azad edilməsinə çağırılıb.

Qeyd edək ki, Avropa Birliyi də dünən Körfəz sularında iki gəminin ələ keçirilməsindən ciddi narahatlığını ifadə edərək Tehrandan izahat və gərginliyin azaldılmasını tələb edib.

/Axar.az



Xəbər xətti