Hazırda Ukraynadakı hərbi əməliyyatlara dörd rus generalı səfərbər olunub. Onların hamısı konkret olaraq müharibə görmüş, real döyüşlərdə iştirak etmiş insanlardır. Dünən onlara yeni tapşırıqlar verildı.
Sitat.info Publika.az-a istinadən xəbər verir ki, bu fikri qalmaqallı teleaparıcı Vladimir Solovyov “Rossiya 1” telekanalının efirində deyib.
“Qərb istiqaməti – general Seçevoy. Mariupolu tam olaraq nəzarətə götürən adam.
Şərq istiqaməti – general Muradov. Bu insanı demək olar ki, hamı tanıyır. Qarabağda Rusiya hərbi kontingentinə rəhbərlik edib. Ondan qabaq isə Suriya əməliyyatlarına başçılıq edib, Rusiya Qəhrəmanıdır.
General Lapin – mərkəzi qrupun rəhbəri. Oğlu ilə bir yerdə döyüşürdü. Hazırda oğlu yaralanıb və hospitaldadır.
Və nəhayət, Rusiya Silahlı Qüvvələrinin ordu generalı Surovikin – “Qəddar” ləqəblı general.
Artıq bu 4 generala yeni tapşırıqlar verilib”, - deyə Solovyov qeyd edib.