“Ukrayna ilə sərhəddə yerləşən Belarus qoşunları təhlükə yaratmır. Lakin Belarus diversantlar hazırlaya bilər”.
Sitat.info “Report”a istinadən xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Vadim Skibitski deyib.
“Bu halda yalnız bir təhlükə var: şimal rayonlarımızda təxribat və kəşfiyyat qrupları fəaliyyət göstərə bilər. Ukrayna hərbçiləri mümkün hücuma hazır olmaq üçün Belarus ərazisindəki hərəkətləri izləyir. Düşmən hücum qruplarının yaradılması hələ müəyyən edilməyib”, - o vurğulayıb.
V.Skibitskinin sözlərinə görə, Rusiya hərbi texnikasının, xüsusən də aviasiyasının bir hissəsi Belarus aerodromlarında qalır: “Buna görə də Ukrayna ərazisinə zərbə endirilməsi təhlükəsi var”.