SON DƏQİQƏ! Şoyqu İstanbula uçdu - Ukrayna ilə saziş imzalanacaq

14:07 22 İyul 2022

Bu gün İstanbulda Ukrayna limanlarından taxıl ixracına imkan verəcək dəhlizlə bağlı imzalanacaq sənədlərin bəzi detalları məlum olub.

Musavat.com TASS-a istinadən xəbər verir ki, ilk növbədə Ukrayna limanlarında mühasirədə qalan 80-dək quru yük gəmisinin çıxışına şərait yaradılacaq.

Bunun nəticəsində 25 milyon taxıl dünya bazarına çatacaq.

TASS İstanbuldakı mənbəsinə əsasən bildirir ki, taxıl dəhlizinin əsas şərti yük gəmilərinin təhlükəsizliyinə zəmanətin verilməsi olub.

"Habertürk"ün yaydığı məlumata görə isə, Rusiya və Türkiyə tərəfdən müvafiq sənədləri müdafiə nazirləri imzalayacaq. Artıq Rusiyanın müdafiə naziri Sergey Şoyqu İstanbuldadır.



Xəbər xətti