İsrail Hərbi Hava Qüvvələri (HHQ) Suriyanın paytaxtı Dəməşq yaxınlığında hərbi obyektlərə aviazərbələr endirib.
Bu barədə “Qafqazinfo” UNİAN-a istinadən xəbər verir. Məlumata əsasən aviazərbələr nəticəsində ümumilikdə 8 nəfər həlak olub.
Aviazərbələr, həmçinin Dəməşqin Sayeda-Zeynab rayonunda yerləşən və İrana məxsus olduğu bildirilən pilotsuz uçuş aparatı istehsalı üzrə müəssisəyə də endirilib.
Zərbə nəticəsində İrana məxsus olan silah anbarı tamamilə məhv edilib.