“Ukraynanın Zaporojye və Xerson vilayətlərinin Rusiyanın tərkibinə daxil olması ilə bağlı referendumlar eyni gündə keçirilə bilər”.
“Sitat.info” Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı Zaporojye vilayətinin administrasiyasının əməkdaşı Vladimir Roqov açıqlayıb.
Onun sözlərinə görə, referendumlar sentyabrın ilk yarısı baş tuta bilər.
Xatırladaq ki, Rusiya ordusu Ukraynadakı müharibə zamanı ölkənin Zaporojye və Xerson vilayətlərinə nəzarəti ələ keçirib. Xerson vilayətinin rəhbərliyi iyun ayının sonlarında regionun Rusiyanın tərkibinə daxil olması ilə bağlı referendum hazırlıqlarına başlayıb.
/Qafqazinfo