Ukrayna rus təyyarələrini belə qaçıracaqdı – Şok detallar

12:48 25 İyul 2022

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Ukrayna hərbi kəşfiyyatının rus hərbi təyyarələrini qaçırmaq planının qarşısını alıb.

Sitat.info xəbər verir ki, bu barədə FTX məlumat yayıb.

“Ukrayna hərbi kəşfiyyatının üzvləri öz ölkələrinin siyasi rəhbərliyi adından çıxış edərək, pul mükafatı və AB ölkələrindən birinin vətəndaşlığını almaq zəmanəti müqabilində rus hərbi pilotlarını işə cəlb etməyə cəhd ediblər”, - məlumatda qeyd olunub.

Bildirilib ki, əməliyyat NATO ölkələrinin xüsusi xidmət orqanları tərəfindən kurasiya olunub.

Ukrayna kəşfiyyatının Rusiyanın Su-24, Su-34 və Tu-22M3 təyyarələrini qaçırmaq istədiyi də məlumatda qeyd olunub.

Məlumata görə, Ukrayna tərəfi rus pilotlara ailələrini AB ölkələrindən birinə yollamalarını və vətəndaşlıq müraciəti etmələrini təklif edib.

Plana görə, qaçırılması planlaşdırılan təyyarənin şturmanı havaya qalxmazdan əvvəl klonidinlə zəhərlənməli idi. Daha sonra təyyarənin Ukrayna qırıcıları tərəfindən havada ələ keçirildiyi və Ukrayna ərazisinə məcburi eniş etdiyi barədə məlumat yayılacaqdı.



Xəbər xətti