Ukraynaya tammiqyaslı hücumdan sonra Rusiya demək olar ki, 75.000 adamını itirib. Buraya müvəqqəti işğal olunmuş ərazilərdən səfərbər edilmiş Rusiya ordusunun şəxsi heyəti və muzdlular daxildir. Ukrayna Silahlı Qüvvələri tərəfindən məhv edilən texnikanın ümumi dəyəri isə 17,3 milyard dolları ötüb.
SİTAT.İNFO xəbər verir ki, bu məlumatları "Ua War Infographics" resursunun mütəxəssisləri paylaşıb.
Onlar Rusiyanın Ukraynaya qarşı müharibədə itkilərini hesablayırlar.
Dərc edilmiş infoqrafikaya görə, Ukrayna əsgərləri Rusiya ordusunun təxminən 39 700 şəxsini məhv edib. Oxşar məlumatlar Baş Qərargahın səhər hesabatında da var idi.
Bununla belə, analitiklər mühüm məsələyə aydınlıq gətiriblər: təcavüzkarın itkiləri daha çoxdur.
Səid,
SİTAT.İNFO