Rusiyanın Yekaterinburq şəhərindən Bakıya uçuşlar bərpa olunur.
“Sitat.info” Rusiya mediasına istinadən xəbər verir ki, ilk reys iyulun 31-nə planlaşdırılıb.
Sözügedən reysləri isə Rusiyanın “İrAero” şirkəti həftədə iki dəfə - bazar və çərşənbə günləri həyata keçirəcək.
Xatırladaq ki, Yekaterinburq və Bakı arasında uçuşlar 2022-ci ilin mart ayında dayandırılıb.