Rusiya ərazisini vura bilərik - Kiyev

09:00 28 İyul 2022

Ukraynanın siyasi və hərbi rəhbərliyinin Rusiya ərazisindəki hərbi obyektlərə zərbələr endirmək üçün kifayət qədər iradəsi var. Çünki onlar həmin mövqelərdən Ukraynanı atəşə tutur.

Sitat.info xəbər verir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib.

"Milli Təhlükəsizlik və Müdafiə Şurası ərazimizdə baş verən bütün hərbi hadisələrə nəzarət edir. Biz Ukraynaya atılan bütün raketlərin hansı istiqamətdən gəldiyindən xəbərdarıq", - Danilov deyib.

/Axar.az



Xəbər xətti