Kim Çen In ABŞ və Cənubi Koreyanı hədələdi: “Məhv ediləcəksiniz”

10:23 28 İyul 2022

“Şimali Koreyanın silahlı qüvvələri istənilən böhranlı vəziyyətə hazırdır, o cümlədən ABŞ-la hərbi toqquşmalara”.

Bu açıqlama ilə Şimali Koreya lideri Kim Çen In çıxış edib.

Şimali Koreya lideri Cənubi Koreya hökumətinə və onun prezidenti Yoon Suk-Yeola da barmaq silkələyib.

“Cənubi Koreya tərəfindən hərbi qarşıdurmaya cəhd ediləcəyi təqdirdə Seul və ordusu məhv ediləcək”, - Kim Çen In vurğulayıb.



Xəbər xətti