Nauseda Kiyevə getdi

14:54 28 İyul 2022

Litva Prezidenti Gitanas Nauseda Ukraynanın Dövlətçilik Günü ilə əlaqədar Kiyevə gedib.

Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə prezident özü bildirib.

"Mən Kiyevə yeni gəlmişəm. Ukraynanın ilk dəfə Dövlətçilik Gününü qeyd etdiyi bu əlamətdar gündə Ali Radada Ukrayna xalqına müraciət edəcəyəm", - o deyib.

G.Nauseda həmçinin qeyd edib ki, Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşəcək və ona Litvanın ən yüksək dövlət mükafatı - Böyük Vitautas ordenini təqdim edəcək.

Qeyd edək ki, Ukrayna Dövlətçilik Günü V.Zelenskinin 24 avqust 2021-ci il tarixli fərmanı ilə təsis edilib.

 

 



Xəbər xətti