Nyu-Yorkda meymunçiçəyinə görə fövqəladə vəziyyət elan olundu

09:43 30 İyul 2022

ABŞ-ın Nyu-York ştatında meymunçiçəyinə yoluxma hallarının artması səbəbindən fövqəladə vəziyyət rejimi elan edilib.

“Sitat.info” xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumatı ştatın qubernatoru Keti Hokul açıqlayıb. 

İyulun 29-na olan məlumata görə, Nyu-York ştatında meymunçiçəyinə 1345 yoluxma halı qeydə alınıb. Yoluxma sayına görə ikinci pillədə isə Kaliforniya ştatı yer alıb. Burada ümumilikdə 799 yoluxma aşkar olunub. 

Xatırladaq ki, daha əvvəl Kaliforniyanın San-Fransisko şəhərində sözügedən xəstəliyin yayılması ilə əlaqədar olaraq fövqəladə vəziyyət rejimi elan olunub.

Qeyd edək ki, hazırda dünyanın 79 ölkəsində meymunçiçəyinə 22 mindən çox yoluxma qeydə alınıb. Yoluxma hallarının 70%-dən çoxu Avropada aşkarlanıb.

/Qafqazinfo



Xəbər xətti