Rusiya Qara dənizin şimal-qərb hissəsində vəziyyətə nəzarət etmək üçün aviasiyadan fəal istifadə edir.
Sitat.info xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
"Düşmən Qara dənizin şimal-qərb hissəsində yerüstü və hava vəziyyətini nəzarətdə saxlamaq üçün aviasiyanı fəal şəkildə cəlb edir. Ukrayna ərazisində hərbi obyektlərə və kritik infrastruktura raket zərbələri endirmək təhlükəsi qalmaqdadır. Qara dənizdə “Kalibr” tipli 6 qanadlı raket daşıyıcısı var”, - məlumatda deyilir.
/Axar.az