Dünyanın gözü burada: Türkiyə fəaliyyətə keçdi, ilk gəmi yolda!

11:11 1 Avqust 2022

Türkiyənin təşəbbüsləri nəticəsində iyulun 22-də İstanbulda Rusiya, Ukrayna, Birləşmiş Millətlər Təşkilatı və Türkiyə arasında “Taxıl daşınması” sazişi imzalandı.

İlk taxıl gəmisinin nə vaxt yola çıxacağı da bəlli idi. Milli Müdafiə Nazirliyi bildirib ki, Ukrayna limanlarını çıxacaq taxılla yüklənmiş ilk gəminin bu gün səhər saatlarında Odessa limanından yola düşməsi razılaşdırılıb.

SİTAT.İNFO xəbər verir ki, MSB-nin açıqlamasında deyilir: 

Milli Müdafiə naziri Hulusi Akarın nazirlər və əlaqədar tərəflərlə keçirdiyi görüşlər və İstanbuldakı Birgə Koordinasiya Mərkəzində aparılan intensiv iş nəticəsində qarğıdalı ilə yüklənmiş, Sierra Leone bayrağı altında üzən RAZONI quru yük gəmisinin Livana getmək üçün avqustun 1-də səhər saat 08.30-da Odessa limanından yola düşməsi razılaşdırılıb.

Razılaşma çərçivəsində daşımaları həyata keçirəcək bu ilk gəminin ardınca digər gəmilərin də müəyyən edilmiş dəhlizlər və prosedurlar çərçivəsində  yola düşməsi planlaşdırılır. 

Razoni adlı gəminin Livanın Tripoli limanına getmək üçün Odessadan yola düşdüyü bildirilib. Gəminin avqustun 2-də İstanbula çatacağı gözlənilir.

Digər tərəfdən, Milli Müdafiə naziri Hulusi Akar dünən Ukraynanın müdafiə naziri Oleksiy Reznikov və infrastruktur naziri Aleksandr Kubrakov ilə görüşüb.

Görüşlərdə taxıl daşınması ilə bağlı İstanbuldakı Birgə Koordinasiya Mərkəzində həyata keçirilən fəaliyyətlərlə bağlı son vəziyyət dəyərləndirilib.

Nərgiz,

SİTAT.İNFO



Xəbər xətti