Mariupoldakı "Azovstal" müəssisəsi böyük ehtimalla texnoparka çevriləcək, orada iş yerləri yaradılacaq.
Sitat.info xəbər verir ki, bu barədə Rusiya baş nazirinin müavini Marat Xusnullin RBC-yə müsahibəsində bildirib.
"Biz Azovstalda şəhərə faydalı olacaq iş yerləri yaradacağıq. Çox güman ki, bu, abadlıq elementləri olan texnopark olacaq. İndi biz onu yekunlaşdırırıq", - Xusnullin deyib.
/Axar.az