Ukrayna Baş Kəşfiyyat İdarəsi xəbərdarlıq edib ki, Rusiya Federasiyası Donbass və Ukraynanın cənubu uğrunda döyüşdə qalib gələrsə, yeni əraziləri ələ keçirməyə çalışacaq.
Sitat.info xəbər verir ki, bu barədə “The Guardian”a müsahibəsində Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəis müavini Vadim Skibitski danışıb.
Əgər Rusiya Ukraynanın cənubunda və şərqində döyüşlərdə qalib gəlsəydi, indi Rusiyada qurduğu birliklərdən istifadə edərək daha çox Ukrayna ərazisini ələ keçirmək üçün yeni hücumları davam etdirəcəkdi.
“İndi onlar Rusiyanın hər bir hərbi dairəsində ehtiyatda olan əsgərlərdən ibarət batalyonlar və Qərb hərbi dairəsində üçüncü ordu korpusu yaradırlar”, - Skibitski bildirib.
Səid İsaoğlu,
SİTAT.İNFO