Dünyada 13 minə qədər nüvə başlığı daşıyan raket var

17:50 1 Avqust 2022

2022-ci ilin əvvəlinə 9 ölkənin nüvə arsenalında 12 700-dən çox döyüş başlığı var.

SİTAT.İNFO “Report”a istinadən xəbər verir ki, bu barədə Amerika Alimləri Federasiyasının yeni araşdırmasında deyilir.

“Soyuq müharibədən bəri nüvə arsenallarının azaldılması sahəsində irəliləyişlərə baxmayaraq, nüvə başlıqlarının dünya miqyasında ehtiyatı çox yüksək səviyyədə qalır. 2022-ci ilin əvvəlinə 9 ölkədə 12 700-dən çox döyüş başlığı var”, - hesabatda qeyd olunur.

Bütün nüvə başlıqlarının, təxminən, 90%-i Rusiya və ABŞ-a məxsusdur.

Hazırda Rusiyada - 5977, ABŞ-da - 5428, Çində - 350, Fransada - 290, Böyük Britaniyada - 225, Pakistanda - 165, Hindistanda - 160, İsraildə - 90, Şimali Koreyada – 20 döyüş başlığı var.



Xəbər xətti