Ukrayna İzyumda əks-hücuma keçəcək

10:18 2 Avqust 2022

Ruslar Donetskin şimalından Zaporojyeyə qoşun yeridir və Slavyanska irəliləmək kampaniyasına son qoyur. Bu, yəqin ki, Ukrayna Silahlı Qüvvələrinə İzyum istiqamətində əks-hücuma keçmək imkanı yaradacaq.

Sitat.info xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.

“Qoşunların Donetsk vilayətindən çıxarılması çox güman ki, Ukraynaya İzyum istiqamətində əks-hücum əməliyyatına başlamaq imkanı yaradacaq. Rusiya qoşunlarının Zaporojye vilayətinə yeridilməsi onu deməyə əsas verir ki, Ukraynanın əks-hücumları təkcə Xerson bölgəsi ilə məhdudlaşmır və ehtimal ki, bütün cənub boyunca baş verəcək”, - məlumatda deyilib.



Xəbər xətti