Ötən ay yağışlı mövsümü geridə qoyan Yaponiyada temperatur göstəriciləri bu gün 39,5 dərəcəyə çatıb. Yaponiya Meteorologiya Agentliyinin (JMA) məlumatına görə, bu gün günorta saatlarında Saitama əyalətinin Koşiqaya şəhərində termometrlər 39,5 dərəcə, Şizuoka əyalətinin Kavaneon şəhərində isə 39 dərəcə isti olub.
Tokioda isə temperatur 38,5 dərəcəyə çatıb.
Mütəxəssislər günvurmaya qarşı xəbərdarlıq edərkən, zəruri olmadıqca çölə çıxmamağa çağırıb və açıq yerlərdə maska taxmağın sağlamlıq risklərini artıra biləcəyini bildiriblər.
Tez-tez su içməyi məsləhət görən rəsmilər, həddindən artıq yükləmədən kondisionerdən istifadə etməyi məsləhət görürlər.
Yaponiyada temperatur rekordu 2018-ci ildə Saitama əyalətinin Kumaqaya şəhərində 41,1 dərəcə ilə qırılıb və 2020-ci ildə eyni temperaturun qeydə alındığı Şizuoka əyalətinin Hamamatsu şəhəri rekorda şərik olub.
Səid,
SİTAT.İNFO