Bəşəriyyət təhlükədə - Nüvə stansiyası nəzarətdən çıxdı!

11:53 5 Avqust 2022

Rusiya cənubda, eləcə də şərq bölgələrində Ukraynaya hücumlarını artırarkən, Avropanın ən böyük atom elektrik stansiyası olan Zaporojye ilə bağlı qorxulu xəbər gəlib. Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) mart ayında Rusiyanın nəzarətinə keçən Zaporojye atom elektrik stansiyasının "tamamilə nəzarətdən çıxdığını" bildirib.

SİTAT.İNFO xəbər verir ki, BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında çıxış edən MAQATE prezidenti Rafael Qrossi “heç bir nüvə obyektində heç vaxt baş verməməli olan bir sıra şeylər var” haqqında danışıb və əlavə edib: “Vəziyyət çox təhlükəlidir. Nüvə təhlükəsizliyinin hər bir prinsipi bu və ya digər şəkildə pozulub və biz bunun davam etməsinə icazə verə bilmərik”.

Agentliyin Rusiyanın nəzarəti altında işləyən ukraynalı işçilərlə əlaqəsinin qeyri-qanuni olduğunu bildirən Qrossi, çoxlu sayda nüvə materialının tədqiq edilməli olduğunu və zavodun təmirə ehtiyacı olduğunu bildirib.

Bundan əvvəl Ukrayna rəsmiləri MAQATE-nin zavoda səfərinin Rusiyanın nəzarətini qanuniləşdirəcəyi iddiası ilə  agentliyi dəvət etmədiklərini açıqlamışdılar.

Bu həftənin əvvəlində ABŞ dövlət katibi Antoni Blinken Rusiyanı zavoddan Ukrayna qüvvələrinə hücumlar üçün hərbi baza və qalxan kimi istifadə etməkdə ittiham edib.

Qeyd edək ki, Rusiyanın bombalayıb ələ keçirdiyi atom elektrik stansiyası hələ də işləyir.

 

Ləman Sərvanqızı

SİTAT.İNFO



Xəbər xətti