Qəzzada ölənlərin sayı 41-ə çatdı - Yenilənib

22:26 7 Avqust 2022

İsrailin paytaxtı Təl-Əvivdə, eləcə də digər iri şəhərlərdə həyəcan siqnalları işə düşüb.

“Sitat.info” xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.

Bildirilib ki, həmçinin İsrailin Qəzza zolağına zərbələri nəticəsində ölənlərin sayı 36-ya çatıb, 311 nəfər yaralanıb.

Qeyd edək ki, bu gün Misirin vasitəçiliyi ilə İsrail və Fələstin arasında atəşkəslə bağlı danışıqlar aparılıb. Danışıqların nəticəsi olaraq İsrail Qəzza zolağında hərbi əməliyyatı dayandırmışdı.

***

İsrailin atəşə tutması nəticəsində Qəzza zolağında ölənlərin sayı 41-ə çatıb, onlardan 15-i uşaq və 4-ü qadındır.

 

 



Xəbər xətti