Böyük Britaniyanın istefa verən baş naziri Boris Conson Londonda yerləşən evini 1,6 milyon funt-sterlinqə (1,8 milyon dollar) satışa çıxarıb.
Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Mirror” nəşri məlumat yayıb.
“Boris və Kerri Conson cütlüyü 400 milyon funt-sterlinq qazanmaq ümidi ilə 1,2 milyon funta aldıqları evi satışa çıxarıblar. Onlar evi 2019-cu ildə əldə ediblər”, - bildirilib.
Belə ki, Conson evi öncə ayda 4 min funta kirayə vermək istəsə də, sonradan fikrindən daşınıb.