Ukrayna müdafiə nazirini öldürmək istəyən qrup saxlanıldı

18:46 8 Avqust 2022

Ukrayna Təhlükəsizlik Xidməti müdafiə naziri Aleksey Reznikovun və Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanovun qətlini planlaşdıran Rusiya xüsusi xidmət orqanlarının killerlərini, habelə tanınmış fəalı saxlayıb.

“Sitat.info” Ukrayna mediasına istinadən xəbər verir ki, bu haqda Ukrayna Təhlükəsizlik Xidmətinin teleqram kanalında məlumat paylaşılıb.

Məlumata görə, çoxmərhələli xüsusi əməliyyat keçirilib və Rusiya Silahlı Qüvvələri Baş Qərargahının təxribat-kəşfiyyat qrupu zərərsizləşdirilib.

Kəşfiyyat xidmətinin məlumatına görə, Reznikov və Budanovun qətlinə görə cinayətkarlara 100-150 min dollar ödənəcəyi vəd olunub.

/Qafqazinfo



Xəbər xətti