Aviabazada silsilə partlayışlar Moskvanı heyrətə saldı, səhər saat 05:52-də yayılan fotolar dağıntıları göz önünə sərdi.
Qara dəniz sahilində çimərlikdə günəşli yay günü. Çimərlikdə günəş vannası qəbul edənlər, dənizdə çimənlər tezliklə baş verəcək silsilə partlayışlardan xəbərsiz yayın dadını çıxarırlar.
2014-cü ildə Vladimir Putin tərəfindən işğal edilən Krım yarımadası avqustun 9-u çərşənbə axşamı ardıcıl partlayışlarla silkələndi. Partlayışların baş verdiyi yer Rusiya döyüş təyyarələrinin yerləşdiyi Saki aviabazasıdır.
Novofederika kəndi yaxınlığındakı hərbi baza Krımın qərbində yerləşir və rusiyalı turistlərin üstünlük verdiyi məşhur kurortlara çox yaxındır.
Sosial mediada yayımlanan görüntülərdə, səsləri on kilometrlərlə uzaqdan eşidilən partlayışlarda alovların səmaya qalxdığı, qara tüstünün hər yeri bürüdüyü görülüb. Britaniya mediası şiddətli partlayışların səmada “göbələk buludlarının” əmələ gəlməsinə səbəb olduğunu yazıb.
Yerli vaxtla saat 15:20 radələrində baş verən partlayışlar nəticəsində azı bir nəfər həlak olub, 14 nəfər yaralanıb.
Rusiya Saki bazasındakı arsenalın partladıldığını açıqlayıb və Ukraynanın heç bir hücum etmədiyini qeyd edib.
Putinin Krımdakı "kukla" meneceri Sergey Aksyonov partlayışlardan sonra yarımadada fövqəladə vəziyyət elan edərək, 252 nəfərin sığınacaqlara yerləşdirildiyini bildirib.
Çərşənbə axşamı, axşam saatlarında kameralar qarşısına çıxan Ukrayna lideri Volodimir Zelenski "Müharibə Krımın rus işğalçılarından azad edilməsi ilə bitməlidir" desə də, partlayışlardan bəhs etməyib.
Zelenskinin baş müşaviri Mixaylo Podolyak da Ukraynanın partlayışlarla heç bir əlaqəsinin olmadığını bildirib. Ukraynanın müdafiə naziri Oleksiy Reznikov, "Məncə, bazadakı rus əsgərləri çox sadə bir qaydaya əməl etməyiblər. Bu qayda "Təhlükəli yerlərdə siqaret çəkməyin" qaydasıdır. Bu qədər sadədir" -deyib.
Lakin bir neçə saat sonra Kiyevdən partlayışlar üçün bəyanatı gəlib: "Rusiyanın tərksilahı yeni başlayır"
Müharibə Araşdırmaları İnstitutunun (ISW) məlumatına görə, Krımı silkələyən partlayışlar, Ukraynanın rus işğalçılarına qarşı hücumunun başlanğıcıdır. Ukrayna hakimiyyətinin yuxarıda qeyd olunan siqnalı verdiyini bildirən ISW, avqust və sentyabr aylarında müharibənin növbəti mərhələsinin nəticəsini müəyyən edəcək intensiv toqquşmaların gözlənildiyini qeyd edir.
Tamamilə Kremlin nəzarətində olan Rusiya mətbuatında Krımda baş verənlərlə bağlı müxtəlif xəbərlər önə çıxır. Hansı ki, çox nadir bir hadisədir. Moskvanı heyrətə salan hücumlarla bağlı Ukrayna tərəfi də çaşqınlığı artıran bəyanatlar verir.
RUSİYADA PEYK ŞƏKİLLƏRİ YAYILDI
Ukrayna ordusu işğalın başladığı 24 fevraldan bəri ilk dəfə olaraq cəbhə xəttinin 200 kilometrliyindəki Rusiya hədəfini vurub. Doqquz döyüş təyyarəsinin məhv edildiyini bildirən ukraynalıların sözlərini dəstəkləyən görüntü bu gün səhər saat 05:52-də yayımlanıb.
Nərgiz,
SİTAT.İNFO